Kəlbəcərdə güclü tornado – VİDEO

Kəlbəcərdə Böyük Alagöldə tornado baş verib.

Yenicag.az xəbər verir ki, təbiət hadisəsini əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, güclü tornado göldəki suyu xortum şəklində havaya sovurub.

Videonu lentə alan şəxs hadisənin iyulun 28-də baş verdiyini qeyd edib.

Həmin videonu təqdim edirik: