Kəlbəcərdə xidmət edən əsgərimiz vəfat etdi – FOTO

Azərbaycan Ordusunun Kəlbəcərdə xidmətdə olan əsgəri Fətulla Qasım oğlu Sıracov səhhətində yaranan problemə görə vəfat edib.

Yenicag.az xəbər verir ki, vəfat edən hərbi qulluqçumuz bu gün Şabran rayonunun Gəndov kəndində torpağa tapşırılıb.

Fətulla Sıracov daha əvvəl Ali Baş Komandanın sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olnub.

Allah rəhmət eləsin!