!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəlehsar: “Rusiya qazından asılı olan Avropanı  yalnız Azərbaycan qurtara bilər”

!Reklam – Yazi

“TAP və TANAP layihələri Azərbaycanın geosiyasi rolunun daha da artırılmasına xidmət edəcək”.

Bunu energetika üzrə ekspert Ümid Şükrü Kəlehsar OilGas.az-a özəl müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

-TANAP və TAP layihələri Azərbaycan və ümumilikdə region üçün hansı əhəmiyyətə malikdir?

– Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan bir sıra mühüm enerji layihəsinə imza ataraq beynəlxalq enerji bazarlarında önəmli rol oynamağa başlayıb. Zəngin ehtiyatlara sahib olan Azərbaycan özünü Avropa enerji bazarında açar rolu oynayan müttəfiq kimi tanıdıb. Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft boru kəmərləri və Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri kimi bir sıra beynəlxalq yükdaşıma marşrutları Azərbaycandan keçir.

Bakı-Tiflis-Ceyhan layihəsindən sonra TANAP və TAP kimi layihələrin reallaşması bu gün Azərbaycanın enerji bazarlarında artan əhəmiyyətinə işarədir. Azərbaycanın enerji sektorunda sərmayə yatırmaq imkanları xarici şirkətlər üçün çox əlverişlidir. Məhz bu səbəbdən onlar Azərbaycanda təbii qaz və neft ehtiyatlarını istehlak bazarına çıxartmaqda qərarlı görünürlər.

-İqtisadi baxımdan TANAP və TAP layihələri Azərbaycan və Türkiyəyə nələr vəd edir?

-Azərbaycan-Türkiyə münasibətləri hər zaman güclü olub, bu əlaqələr “bir millət, iki dövlət” şüarıyla möhkəmlənib. Ötən aylarda yeni layihə reallaşdırıldıqdan sonra ikitərəfli əlaqələr daha da dərinləşib. Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryollarını bir-birinə bağlayaraq yeni bir dəhliz yaradan Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Azərbaycanın tranzit ölkəsi kimi əhəmiyyətini daha da artırıb. Bu layihənin inşasına 2008-ci ildə başlanıb. Dəmiryolu Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstandan keçməklə Avropa və Çini birləşdirməlidir.

– Bütün bu layihələrin reallaşması Azərbaycanın geosiyasi statusunu daha da yüksəldə bilərmi?

– Avropa Birliyinin Rusiyadan təbii qaz asılılığını azaltmaq üçün hazırda tək qaynaq Azərbaycanın “Şahdəniz 2” yatağıdır. Düşünürəm ki, Cənub Qaz Dəhlizi çərçivəsində həm Avropa Birliyi Rusiyadan qaz asılılığını azaldacaq, həm də Azərbaycan bölgədəki enerji bazarlarında önəmli bir aktora çevriləcək.

Uzunmüddətli perspektivdə Türkiyə enerji hub olmaq istəyir. Ancaq hazırda Türkiyə tranzit ölkə ola bilər. Rusiya Türkiyənin ən böyük qaz tədarükçüsüdür. Lakin Türkiyə TANAP çərçivəsində alacağı qazla Rusiyadan asılılığını azaldacaq. Bundan əlavə, Türkiyə TAP çərçivəsində Avropa Birliyinin idxal edəcəyi təbii qaz üçün tranzit pulu almaq şansı qazanacaq. Bu da Türkiyənin tranzit ölkəsinə çevrilməsində mühüm addım olacaq. Yaxın gələcəkdə Şərqi Aralıq dənizi ehtiyatları da Türkiyə vasitəsilə bazara çıxarılsa, Türkiyə tam olaraq tranzit ölkəyə çevrilə biləcək.

www.yenicag.az

1561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv