!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəmalə Ağayeva DİN sığınacağının rəhbərliyindən uzaqlaşdırıldı

!Reklam – Yazi

kemaleAzərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağayeva Daxili İşlər Nazirliyinin İnsan Alveri Qurbanları üçün Təhlükəsiz Sığınacaqdakı rəhbər vəzifəsindən kənarlaşdırılıb.

QHT rəhbərinin sığınacağındakı fəaliyyətində ciddi nöqsanlar üzə çıxıb.

Kəmalə Ağayeva Cebhe.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin sığınacağındakı vəzifəsindən öz xahişi ilə çıxdığını deyib: “Öz xahişimlə işdən çıxmışam. Bu nə deməkdir? Kimə nə dəxli var, niyə çıxmışam? Səbəbi sizin üçün niyə belə önəmlidir? Mən istədiyim vaxt işdən çıxa da bilərərəm, işə girə də bilərəm… Bunun nə dəxli var?”

Qeyd edək ki, bu günlərdə Kəmalə Ağayevanın rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyində qotur xəstəliyi aşkarlanıb. Qısa müddətdə uşaqlar arasında yayılan xəstəliyin öhdəsindən gəlinməyib. Bu səbəbdən uşaqlar dərhal Baki şəhəri 3 saylı uşaq dəri zöhrəvi dispanserinə yerləşdirilib. Sığınacaqda isə dezinfeksiya işləri aparılıb, Bu azmış kimi xəstəxanada müalicə olunan uşaqlarda eyni zamanda göbələk xəstəliyi də aşkarlanıb. Təşkilat rəhbəri Kəmalə Ağayeva isə sığınacaqda xəstəliyin ötən ay aşkarlandığını bildirib. (Cebhe.info)

www.yenicag.az

2888
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv