Məşhur müğənni Kəmalə Günəşli ATV-də yayımlanan “Rəngarəng verilişində aylıq qazancını açıqlayıb.
Yenicag.az xəbər verir ki, müğənni bəzi aylarda təxminən 70-80 min manat qazandığını bildirib.
“Bəzən xarici ölkələrə də gedirəm, o zaman məbləğ təxminən qeyd etdiyim civarda olur. Amma getməsəm, daha aşağı olur. O qazancın hamısı mənə qalmır, reklama çox pul yatırıram. Geyimə, salonlara, saç-makyaja, evə, kliplərə, mahnılara çox pul xərcləyirəm”, – müğənni deyib.
K.Günəşli “Niqulya” kimi tanınan köməkçisinə isə günə 200 manat verdiyini açıqlayıb.