“Birini qınamağın yaxşı əməl olmadığını əzbərləyənlər, o biri tərəfdən dil boğaza qoymur”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı və aktrisa Kəmalə Piriyeva vurğulayıb.
O, insanların özəl həyatına burun soxan, onlar barədə tənqidi fikirlər söyləyən adamları tənqid edib:
“İmkanım olsaydı, insanların başqaları haqqında fikir bildirmək bacarıqlarını əllərindən alardım. Bəzi adamların, ümumiyyətlə, bu haqqı olmamalıdır. Hamı haqqında (xarici görünüşü, zövqü, həyat tərzi, dini, əxlaqı) zəhərli fikirləri var. Sənə nə, kim nə geyinir? Sənə nə, kim necə yaşayır? Sənə nə? Sən özünə cavabdehsən. Ətrafdakı insanlara, cəmiyyətə bir zərəri toxunmursa, hər kəsin istədiyi kimi yaşamaq haqqı var. Birini qınamağın yaxşı əməl olmadığını əzbərləyənlər, o biri tərəfdən dil boğaza qoymur. Biri haqqında yaxşı danışmaq içinizdən gəlmirsə, heç olmasa, susun. Ətrafa saçdığınız pis enerjili sözləri görmək, eşitmək məcburiyyətində qalmaq istəmirik”.
Cəvahir