“Bəzən məni qınayırlar, deyirlər, 15 il Opera Teatrında çalışmısan, indi niyə belə mahnılar oxuyursan?”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kəmalə Nəsibova efirdə deyib. O, bütün həmkarları kimi qazancının toylardan və şou proqramlardan çıxdığını etiraf edib.
Buna görə də xoşuna gələn istənilən mahnını repertuarına daxil etdiyini bildirib:
“Hansı mahnı xoşuma gəlsə, oxuyuram. Cünki mən həm toylara gedirəm, həm şou proqramlara qatılıram. 5 şou proqrama gedəndə bu, 1000 manat pul edir. Dolanışıq üçün oxumaq lazımdı, çünki belə mahnılara tələbat var”.
Nehru