Kəmaləddin Heydərov Çavuşoğluna zəng etdi: “Yardıma hazırıq!”

Azərbaycan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Xarici İşlər naziri Mevlut Çavuşoğluna zəng edib.

Yenicag.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kəmaləddin Heydərov zəlzələ ilə bağlı Çavuşoğluna “keçmiş olsun” deyib.

Kəmaləddin Heydərov ayrıca zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı Azərbaycanın qardaş Türkiyəyə hər cür yardım etməyə hazır olduğunu qeyd edib.