Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Qəbələ” – “Yagelloniya” (Polşa) matçı 1:1 hesabı ilə başa çatıb.
Yenicag.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşmanı izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov da olub. Nazirlə yanaşı, onun böyük oğlu, “Qəbələ” klubunun prezidenti Tale Heydərov da qarşılaşmanı canlı izləyib.