!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəmaləddin Qafarov Xutor sakinləri ilə görüşdü - FOTO

!Reklam – Yazi

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kəmaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmiş K.Qafarov fevralın 1-də Xutor qəsəbəsində bir neçə ailənin nümayəndələri ilə görüşmüşdür.

Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı K.Qafarovla fikir ətraflı mübadiləsi etmişlər. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ qaldıracağına və onların həllinə nail olacağına inam ifadə etmişdir.

Görüşdə çıxış edən sakinlər dövlətimizin reallaşdırdığı islahatları ürəkdən dəstəklədiklərini bəyan etmiş və fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildirmişlər./Trend/

www.yenicag.az

852
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv