“Mən xanımam, mənə qulluq olunmalıdır, diqqət göstərilməlidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri boşanmalarla bağlı fikirlərini bölüşən Opera və Balet Teatrının solisti Kəmalə Nəsibova “Günaydın Azərbaycan” verilişində deyib.
Sənətçi keçmiş dövrdəki qadınlardan fərqli olaraq, bu gün xanımların dözmədiklərini və buna görə də boşandıqlarını bildirib:
“Keçmiş qadınlarımız – bizim analarımız, nənələrimiz çox çətinliklər görsələr də, dözüblər. Amma mən heç vaxt kişiyə dözmərəm, çünki kaprizlərim var.
Ümumiyyətlə, müğənni xanım dözməz. Sevmirəm haçan oldu yuyum, yığışdırım, yemək bişirim…
Mən xanımam, mənə qulluq olunmalıdır, diqqət göstərilməlidir. Qadın da bir yerə qədər dözür, ondan sonra dözmür”.
Nehru