Kəmərdə qəza baş verdi: Bir rayon susuz qaldı

Salyan şəhərini içməli su ilə təmin edən kəmərdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə Yenicag.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, noyabrın 2-də günün sonuna qədər təmir-bərpa işləri başa çatdırılacaq və suyun verilməsi bərpa olunacaq.