Rejissor Kənan M.M-in həyat yoldaşı müğənni Aygün Şükürova ailə sirlərini açıb.
Yenicag.az xəbər verir ki, müğənni evdə büdcəyə özü nəzarət etdiyini bildirib:
“Kənanın qazancı həmişə məndən yüksək olub. Büdcəmiz birdir, pul qırağa getmir, evə gəlir. Həmişə belə görmüşəm ki, pul qadında olar, bizdə də elədir. Kişi pulu qazanıb gətirər, qadına verər”.
Aygün o büdcədən Kənana verdiyi məbləği də açıqlayıb:
“Kənana bir dəfə min manat vermişdim, bir dəfə iki min manat… Soruşdum ki, pulumu qaytaracaqsan? Dedi, darıxma, film izlənəndən sonra mütləq verəcəm”.
ARB-nin “Şou Nyus” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru