“Qürur duyuram, onun parlaq qələbəsi ilə fəxr edirəm”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərovun parlaq qələbəsi ilə bağlı təəssüratını bölüşən tanınmış rejissor Kənan M.M deyib.
O, həmyerlimizin Fransada qazandığı böyük uğurdan fəxarət hissi keçirdiyini bildirib:
“Hidayəti şəxsən tanımasam da, hidayətli oğul kimi, qalib Azərbaycan xalqının hidayətli oğlu olduğunu sübut etdi. Hidayətin sonuncu döyüşü mənə yaddaqalan bir məqamı xatırlatdı. Cənab Ali Baş Komandan necə ki, yumruğunu sıxıb, qələbə xəbərləri ilə bizi sevindirirdi, Hidayətin yumruğu da mənə bu məqamı xatırlatdı. Qürur duyuram, onun parlaq qələbəsi ilə fəxr edirəm. Hələ çox gəncdir. Onu qarşıda daha böyük uğurlar gözləyir. Allah ona zədəsiz ömür və idman sahəsində parlaq qələbələr nəsib etsin”.
Cəvahir