!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kənar müdaxilələrə baxmayaraq, türk seçicisi nə əqidəsini, nə də mövqeyini dəyişdi” – RƏY

!Reklam – Yazi

“Cümhur” və “Millət” İttifaqı ayrı-ayrılıqda çox genişmiqyaslı, həm də effektli kampaniya apardı”.

Bu fikirləri Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin əsas iştirakçılarının həyata keçirdiyi təbliğat kampaniyasını dəyərləndirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə cəmiyyətinin siyasi hazırlığı və aktivliyi əsas rəqibləri maksimum səy göstərməyə sövq edib:

“Əvvəla onu deyim ki, mən o zaman Demokratik Seçkilər Mərkəzinin sədri kimi Türkiyədə 2002-ci ildə keçirilmiş seçkiləri müşahidə etmişdim. İyirmi ildən artıq müddət keçsə də, həmin seçkilərdəki fəallığı yaxşı xatırlayıram. Demokratik seçki mühiti yüksək rəqabət şəraiti yaratmışdı və seçkilərdə gərgin mübarizənin şahidi olmuşduq.

Təsəvvür edin ki, o vaxt seçkilərə qədər hakim koalisiyada təmsil olunan beş partiya seçki səddini keçə bilmədikləri üçün parlamentə düşmədilər. Əvəzində isə yeni yaranan AK Partiya “Tək başına, iş başına” şüarı ilə mübarizə apardı və nəticədə təkpartiyalı hökumət formalaşdırmaq hüququ qazandı.

Üstündən bu qədər vaxt keçdikdən sonra AK Partiyanın son seçkilərdə nümayiş etdirdiyi işgüzarlıq doğrudan da, fenomenal idi. Burada lider faktorunu da qeyd etmək lazmdır. Baxın, Rəcəb Tayyib Ərdoğan yorulmadan Türkiyənin dörd bir yanında seçki mitinqləri keçirdi və hamısında da təsirli çıxışlar etdi.

Eyni zamanda “Millət” İttifaqının da çox dinamik seçki kampaniyası apardığını vurğulamalıyıq. Bunun nəticəsidir ki, prezident seçkilərində cəmi dörd-beş faizlik fərq yarandı. Bütün bunlar seçki mübarizəsinin hansı gərginlikdə keçdiyi haqda təsəvvür yaradır.

Digər tərəfdən, bildiyiniz kimi, Türkiyə seçkilərinə kənardan ciddi müdaxilə cəhdləri oldu, insanların fikrini, mövqeyini dəyişmək üçün çox vasitələrə əl atdılar. Ancaq kənar müdaxilələrə baxmayaraq, türk seçicisi nə əqidəsini, nə də mövqeyini dəyişmədi və öz iradəsini ortaya qoyaraq bu nəticəni müəyyənləşdirdi”.

A.Zeynalov

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv