Kənd sakini: “43 yaşıma kimi Zabuxda belə sel görməmişdim” – VİDEO

Bir neçə gündür intensiv yağan yağışlar Laçın rayonunun Zabux və Sus kəndlərinə ziyan vurub.

Yenicag.az xəbər verir ki, sel suları evlərin zirzəmilərinə dolub.

75 yaşlı Zabux kənd sakini Kamil İsmayılovun sözlərinə görə, 43 yaşına kimi bu kənddə yaşayıb və indiyədək belə güclü sel gölməyib:

“Zabux çayı qədər bəlkə də 10 dənə çay kəndin içindən axırdı. Mən beləsini görməmişdim. Seldən sonra bütün yerli icra nümayənədələr işlər görməyə başladı və həyətimdə təmir işləri lap ürəyimcə oldu”.

Selin fəsadları tez bir zamanda aradan qaldırılıb.

COP29