!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənd təsərrüfatı məhsullarının baha olmasının SƏBƏBİ - AÇIQLAMA

!Reklam – Yazi

İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir. Havanın əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazarlara məhsul təklifi azalır.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaradacaq: “Kütləvi yığım başladıqdan sonra açıq sahə məhsulunun bazara çıxarılması sürətlənəcək. Bundan sonra qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir”.

Vüqar Hüseynovun sözlərinə görə, bu cür hallara əvvəlki illərdə də rast gəlinib: “Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamışdı və hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artmış, qiymətlər ciddi şəkildə aşağı düşmüşdü”.

www.yenicag.az

1966
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv