Kənd Təsərrüfatı Nazirliyi Ağalıda 12 milyonluq layihənin icrasına başlayır

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Zəngilan rayonunun Ağalı kəndində yeni layihənin icrasını həyata keçirəcək.

Yenicag.az xəbər verir ki, nazirlik bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, KTN-in “Ağalı Kənd” layihəsi”nin satın alınması ilə bağlı elan etdiyi tender yekunlaşıb və tenderin qalibi “AS İnşaat” MMC olub.

Nazirlik şirkətlə dəyəri 12 165 446 manat olan müqavilə bağlayıb.