!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNATLAR

!Reklam – Yazi

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar olub.

Yenicag.az-ın sorğusuna cavab verən Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Vüqar Hüseynov məlumatı təsdiqləyib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub.

İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə təyin edilib.

Vüqar Hüseynov bildirib ki, nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar: “Həm Şəbnəm xanım, həm Vüqar müəllim yüksək keyfiyyətli kadrlardır. Onların işdən ayrılması şəxsi karyera planları ilə bağlıdır. Hər iki şəxs fəaliyyətlərini yeni layihələrdə davam etdirmək istədiklərini bildiriblər və onların qərarına hörmətlə yanaşılıb”.

www.yenicag.az

3768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv