“Təhsil avtobusları haqqında düşünürük. Hansısa formada ucqar kəndlərdə avtobus kəndə gəlir və həmin kəndin içində uşaqlara məktəbəqədər təhsili təqdim edir”.
Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, sonra həmin avtobus başqa kəndə gedir:
“Bir gündə ən azı iki kənddə bu xidməti göstərmək iqtidarında olur”.