!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəndlilər vergiyə cəlb olunacaq? - Ziyad Səmədzadənin təklifi etirazla qarşılandı

!Reklam – Yazi

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə kəndlilərdən də vergi tutulmasını təklif edib.

Yenicag.az xəbər verir ki, Ziyad Səmədzadə bu təklifi Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransdakı çıxışında səsləndirib:

“Azərbaycanda əhalinin 35-36 faizi kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı sahəsində çalışanlardan ancaq torpaq vergisi alınır. Yəni kəndlilər digər vergilərdən azaddır. Azərbaycanda kənd təsərrüfatı sahəsi hələ də rentabelli olmaması ilə seçilir.

Fermerlər, kiçik təsərrüfatlar böyük həcmdə məhsul istehsal edə bilmir. Belə bir vəziyyətdə kəndlinin üzərinə torpaq vergisindən əlavə digər vergilərin yüklənməsi görəsən nə dərəcədə məntiqlidir?

Səmədzadənin bu təklifinin nə dərəcədə real olmasını Yenicag.az-a şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, aqrar sahədə çalışanların indiki vəziyyətdə vergiyə cəlb edilməsi xülyadır:

“Neçə illərdir təklif edirik ki, kənd təsərrüfatı məhsulu istehsalçılarını Vergi ödəyicisi kimi qeydiyyata almaq lazımdır. Kənd təsərrüfatı sahəsinin rentabelli olmadığını, bu sahədə ciddi problemlərin və kəndlinin gəlirinin çox aşağı olduğunu nəzərə almaq şərtilə onlara qoyulan vergi də simvolik olaraq nəzərdə tutulmalıdır.

Təxminən 1-2 faiz. Sadəcə onlar sənədlərinin qaydaya salınması, istehsal göstəricilərinin dəqiqləşdirilməsi, kənd təsərrüfatı statistikasında şəffaflığın təmin edilməsi üçün vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar.

Ancaq bunun müqabilində fermer və kəndliyə verilən subsidiya, dotasiyanı artırmaq lazımdır. Yəni onlar formal olaraq vergi ödəyicisi ona görə olmalıdır ki, bu sahəni sivil qaydaya sala bilək. Onlara vergi mədəniyyətini aşılayaq.

Deputat Ziyad Səmədzadə isə başqa məsələni nəzərdə tutur. Hesab edir ki, vergi ödəyicilərinin sayını artırmaqla verginin həcmi artacaq. Ona görə də, indi kəndlilərdən də vergi tutulmasından danışır. Amma kənd təsərrüfatı sahəsindən vergi gözləmək düzgün yanaşma deyil. Çünki dediyim kimi, bu sahə ciddi problemlər içində çabalayır.

Kənd təsərrüfatı istehsalçılarının üzərinə torpaq vergisindən başqa digər vergilərin yüklənməsi ilə dövriyyə hesabına verginin həcmini artırmaq qeyri-mümkündür. Bu addımın atılması real deyil”.

ELÇİN

www.yenicag.az

4129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv