Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Keniyadan gözlənilməz qərar: Dünyanın ən böyük qaçqın düşərgəsi bağlanır?

Keniya hökuməti növbəti dəfə bu ölkədə yerləşən və dünyanın ən böyük qaçqın düşərgəsi hesab edilən Dadaab düşərgəsini bağlamağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, hökumətin bu barədə müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) daxil olub. Beynəlxalq təşkilatdan verilən məlumata görə, qaçqın düşərgəsinin bağlanması növbəti yarım il üçün planlaşdırılır. Keniya hökuməti BMT QAK-a bu düşərgədə məskunlaşan 230 min qaçqının başqa yerlərə köçürülməsi prosesini sürətləndirməyi xahiş edib.

Qeyd edək ki, hələ 2016-cı ildə Keniya hökuməti Dadaab düşərgəsini bağlayacağını elan etmişdi. Həmin vaxt Somalidə hökumətə qarşı vuruşan qiyamçıların gizlənmə və öz sıralarına yeni üzvlərin qəbulu üçün düşərgədən sui-istifadə edilməsi iddia olunurdu. Lakin Keniyanın Ali Məhkəməsi hökumətin bu planını rədd etdi və düşərgənin bağlanmasını ölkənin beynəlxalq öhdəliklərini pozması və qaçqınların təqibi kimi dəyərləndirdi.

Əslində 90 min qaçqın üçün nəzərdə tutulan və Keniyanın Somali ilə sərhədləri yaxınlığında yerləşən düşərgədə əsasən vətəndaş müharibəsi və quraqlığa görə Somalidən qaçmış insanlar məskunlaşıb./AZƏRTAC/

Loading...

www.yenicag.az

1176
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100