!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kenquru ərlə arvadı xəstəxanalıq etdi – FOTO

!Reklam – Yazi

“Kisəli heyvan”lara qayğı göstərmək həvəsi ərlə arvada baha başa gəlib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, kenqurunun hücumuna məruz qalan avstraliyalı Linda və Cim Smit ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, Smitlər uzun müddətdir, vəhşi heyvanlara yardım göstərməklə məşğuldurlar. Son vaxtlarda isə onlar Kvinslend ştatında yaşanan quraqlıqdan əziyyət çəkən kenquruları yemləyirdilər.

Lakin günlərin birində bu xeyirxahlıq onlara baha başa gəlib. Boyu 2 metrə çatan erkək kenquru Cimə hücum edib. O, oğlunun köməyi ilə heyvanın əlindən xilas olaraq, meşəbəyiyə zəng vurub.

Linda Smit isə bildirib ki, onlar hər gün təqribən 30 kenqurunu yemləyirlər: “Bu kenquru yaxınlaşanda elə bildik ki, o da bizim bəslədiyimiz heyvanlardandır.

Ərim onu yedirməyə başlayanda, heyvan Cimə hücum etdi. Cim yıxılsa da, kenquru ondan əl çəkmirdi. Yalnız oğlum kenqurunun başına kürəklə vurduqdan sonra heyvan Cimdən əl çəkdi”.

Kenqurunun hücumu nəticəsində Lindanın qabırğaları sınıb, Smitin vəziyyəti isə daha ağırdır.

www.yenicag.az

1639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv