Kanadalı entomoloq Vazrik Nazari kəşf etdiyi yeni növ kəpənəyi Donald Trampın şərəfinə adlandırıb.
Trend-in məlumatına görə, “ZooKeys” jurnalında dərc olunan məqalədə qeyd olunur ki, alimin bu qərara gəlməsinə səbəb kəpənəyin rəng və “saç düzümü”ndən D.Trampa oxşamasıdır.
Bu kəpənək Cənubi Karolinada Santa-Katalina adasında yaşayır.
Qeyd edək ki, bundan əvvəl yeni növ tropik balığına “Barak Obama”, eləcə də yeni növ parazit arılara “Bred Pit” adı verilmişdi.
Yenicag.az