“Kəpəz”in əsas komandasının səkkiz üzvü ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Yenicag.az Gəncə klubunun saytına istinadən xəbər verir ki, komandadan gedən futbolçuların hamısı yerli oyunçu statusunda çıxış edənlərdi. Belə ki, qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıb. Sonuncu öz istəyi ilə komandanı tərk edib.
“Kəpəz” rəhbərliyi bu futbolçulara xidmətlərinə görə minnətdarlığını bildirib, gələcək karyeralarında uğurlar arzulayıb.