“Kəpəz” baş məşqçi ilə bağlı qərarını AÇIQLADI 

“Kəpəz” baş məşqçisi Yaşar Vahabzadə ilə bağlı qərarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, Klubdan verilən məlumata görə, 62 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənib. Gəncə təmsilçisi ilə 1 illik sözləşmə imzalayan baş məşqçi Premyer Liqada da komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Yaşar Vahabzadə I Divizionda son 3 mövsümdə komandaya rəhbərlik edib.