!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kəpəz” - “Qarabağ” matçında alqışalayiq addım - VİDEO

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində bu gün keçirilən “Kəpəz” – “Qarabağ” oyununun birinci hissəsində maraqlı hadisə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmanın 27-ci dəqiqəsində baş hakim Rəhim Həsənov meydan sahiblərinin futbolçusu Viktor Oseqeylin rəqib qapıçı İbrahim Şehiçlə üz-üzə qaldığı epizodda qonaqların qapısına penalti təyin edib. FİFA referisi hətta bu qərara sərt etiraz edən qapıçını sarı vərəqə ilə də cəzalandırıb. Lakin baş hakim penalti zərbəsi yerinə yetirilməmiş qərarını dəyişib. Belə ki, əsl feyr-pley nümunəsi nümayiş etdirən Oseqeyl matçın baş hakiminə yaxınlaşaraq ona qarşı hərəkətin kobudluq olmadığını deyib və penalti qərarını dəyişməyə səbəb olub. Nəticədə penalti qərarı və Şehiçə göstərilən sarı vərəqə ləğv olunub.

Birinci hissədən sonra “Qarabağ” “Kəpəz”ə 2:0 hesabıyla qalib gəlir.

www.yenicag.az

4382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv