“Kəpəz” “Qəbələ”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Açılış matçında “Kəpəz” Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib. Görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sarı-göylər”in heyətində qolları 19-cu dəqiqədə Georgi Papunaşvili və 66-cı dəqiqədə penaltidən Amil Yunanov vurublar. “Qırmızı-qaralar”dan isə 43-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Bu qələbə ilə xallarını 23-ə çatdıran “Kəpəz” 9-cu pillədəki mövqeyini qoruyub. “Qəbələ” isə 15 xalla 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq./Azertag/

COP29