Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində “Kəpəz” “Sabah”la üz-üzə gəlib.
Yenicag.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda gəncəlilər 1:2 hesabı ilə uduzub.
Paytaxt təmsilçisinin heyətində hesabı 12-ci dəqiqədə Kahim Parris açıb. 34-cü dəqiqədə isə İshak Belfodil komandasının üstünlüyünü iki topa çatdırıb.
“Sarı-göylər”in heyətində Olavale Onanuqanın 61-ci dəqiqədə vurduğu qol yekun nəticəni təyin edib – 1:2.
Qeyd edək ki, tura “Araz-Naxçıvan” – Səbail” görüşü ilə yekun vurulacaq./Report/