“Kəpəz” “Səbail”ə də məğlub oldu – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqada 12-ci turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

Öncə “Keşlə” öz meydanında “Zirə”ni qəbul edib və minimal hesabla uduzub. Günün digər oyunu isə Gəncədə baş tutub. Burada debütant “Səbail” autsayder “Kəpəz”in qonağı olub. Beş qolun qeydə alındığı matçda Gəncə təmsilçisi növbəti məğlubiyyətinə üzülüb.

Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
12-ci tur
18 noyabr

“Kəpəz” – “Səbail” 2:3
Qol: İ.Səfərzadə, 28. K.Diniyev, 35-pen. – A.Popoviçi, 5-pen. A.Stati, 16. V.Nadirov, 56.
Qırmızı vərəqə: D.Fereyra, 6.
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 1. Davud Kərimi, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 21. Novruz Məmmədov, 26. Ba Mansur Aladji, 5. Kərim Diniyev, 12. İlyas Səfərzadə, 24. Məhəmməd Qurbanov, 10. Tural Rzayev, 8. Viktor Oseqeyl.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 9. İlkin Sadıqov, 2. Yusif Cəfərov, 16. Azər Məmmədov, 17. Əli Səmədov, 20. Samba Dialo, 7. Sergey Çernişev.
Baş məşqçi: Şahin Diniyev.
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 21. Murtuz Abakarov, 23. Ayron Stati, 26. Kamal Qurbanov, 35. Egdaras Jarskis, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 11. Elman Taqayev, 13. Murad Musayev, 66. Pərviz Qaraxanov, 69. Renan Telles, 88. Orxan Qurbanlı.
Baş məşqçi: Samir Əliyev.

Turun digər oyunları: “Qarabağ” – “Sumqayıt” 2:0, “Keşlə” – “Zirə” 0:1.