Reklam

Reklam

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, çempionatın aşkar autsayderi “Kəpəz” Gəncədə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt”ı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma qonaq komandanın inamlı qələbəsiylə başa çatıb. Gəncə təmsilçisi növbəti dəfə doğma meydanda darmadağınla üzləşib.

Qeyd edək ki, turun ilk oyun günündə “Qarabağ” “Neftçi”yə qalib gəlib – 1:0.

Azərbaycan Premyer Liqası
2 dekabr
14-cü tur

“Kəpəz” – “Sumqayıt” 0:3
Qol: B.Həsənalızadə, 21. C.İmamverdiyev, 60; 68.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov,Rahil Ramazanov.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 1. Davud Kərimi, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 20. Samba Dialo, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 11. Kamran Abdullazadə, 9. İlkin Sadıqov.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 19. Aydın Qasımov, 16. Azər Məmmədov, 26. Ba Mansur Aladji, 7. Sergey Çernişev, 6. Ceyhun Cavadov, 17. Əli Səmədov, 2. Yusif Cəfərov, 15. Azad Kərimov.
Baş məşqçi: Yunis Hüseynov.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.

Turun qalan oyunları sabah keçiriləcək: 16:00. “Qəbələ” – “Keşlə”, 18:30. “Səbail” – “Zirə”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1110
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.