Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.
Yenicag.az xəbər verir ki, turun ilk oyunu Tovuzda şəhər stadionunda baş tutub.
“Kəpəz” “Sumqayıt”ı qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada 1:1 hesabı ilə başa çatıb.
“Sumqayıt” 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Səkkizinci olan “Kəpəz”in hesabında 35 xal var.