“Kəpəz”-“Turan Tovuz” qarşılaşması qolsuz başa çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Kəpəz” Gəncədə “Turan Tovuz”u qəbul edib. Qərb derbisi qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 9-a çatdıran meydan sahibləri 9-cu pillədə qalıb. 16 xalı olan qonaqlar isə 6-cı pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Sumqayıt”ı 4:2, “Zirə” “Səbail”i 1:0, “Neftçi” isə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulacaq./Report/