“Kəpəz” yeni baş məşqçisinin adını rəsmən AÇIQLADI

“Kəpəz” yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, Adil Şükürovla münasibətlər rəsmiləşdirilib.

46 yaşlı mütəxəssis gəncəlilərlə 2 illik müqavilə bağlayıb. O, bu gündən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Adil Şükürov 1999/2000 mövsümündə “Kəpəz”in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.