“Kəpəz” daha 3 futbolçu ilə yeni müqavilə imzalayıb.
Yeniçağ.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçilər Vüqar Bəybalayev, Ceyhun Cavadov və hücumçu Tural Rzayev ilə müqavilənin müddəti uzadılıb. Onlar gələn mövsümdə də “sarı-göylər”in şərəfini qoruyacaqlar.
Qeyd edək ki, “Kəpəz” bundan əvvəl qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyevlə müqavilənin müddətini artırıb.
Yeniçağ.az