“Kəpəz”dən 3 transfer

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə 3 futbolçu cəlb edib.

Yeniçağ.Az xəbər verir ki, “sarı-göylər” müdafiəçi İlyas Səfərzadə, yarımmüdafiəçi Kamran Abdullazadə və hücumçu İlkin Sadıqovu heyətinə qatıb.

Hər 3 futbolçu ilə 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Gəncə təmsilçisi Vüqar Bəybalayev, Ceyhun Cavadov və Tural Rzayevlə də sözləşmənin müddətini daha 1 illiyinə yeniləyib.

Yeniçağ.Az