“Kəpəz”dən ayrılan futbolçu “Turan Tovuz”a keçdi

Ötən mövsümün sonunda “Kəpəz”dən ayrılan futbolçu Fərid Nəbiyev “Turan Tovuz”a keçib.

Klubdan Yenicag.az-a verilən məlumata görə, 24 hücumameylli yarımmüdafiəçi bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, vinger karyerası ərzində “Qəbələ”, Çexiyanın “Slaviya” (Praqa) və “Viktoriya Jijkov”, həmçinin, Gürcüstanın “Şevardeni” klublarında çıxış edib.