“Kəpəz”ə yeni baş məşqçi təyin edildi

“Kəpəz”ə yeni baş məşqçi təyin edilib.

Yenicag.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

“Sarı-göylər”i Azər Bağırov çalışdıracaq. 40 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb. vakansiya 2023

Azər Bağırov son olaraq “Araz-Naxçıvan” klubunda fəaliyyət göstərib.

Xatırladaq ki, Gəncə təmsilçisi avqustun 29-da baş məşqçisi Adil Şükürovu uğursuz nəticələrə görə istefaya göndərib. Hazırda “Kəpəz” Premyer Liqada 10 komanda arasında sonuncu yeri tutur. Komanda bu mövsüm keçirdiyi 5 oyunun hamısında uduzub.

 

 

COP29