“Kəpəz”in baş məşqçisi istefaya göndərildi

“Kəpəz” baş məşqçisi Adil Şükürov ilə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı əlavə məlumat veriləcək.