!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəramət Böyükçöl: "Arzulayaram ki, kitablarımı oğurlasınlar"

!Reklam – Yazi

“Belə hadisələrə aqressiv yanaşılmanın tərəfdarı deyiləm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Səbail rayonunda yerləşən kitab mağazlarının birindən kitab oğurlayan gənclərin saxlanılmasına münasibət bildirən yazar Kəramət Böyükçöl səsləndirib.

Kəramət Böyükçöl qeyd edib ki, ölkədəki böyük oğurluqların yanında kitab oğurluğu heç nədir:

“Nəyinsə yanında oğurluq sözü varsa, o, yaxşı səslənmir, bütün hallarda oğurluqdur. Amma Azərbaycan kimi ölkələrdə gözümüzün qarşısında o boyda oğurluq baş verib ki… Dövlət büdcəsindən oğurlayırlar, xalqın cibindən oğurlayırlar. Belə böyük oğurluqların yanında iki kitab oğurluğu adamı daxilən sevindirir. Kitab oğurluğudur da… Gedib xalqın malını, pulunu oğurlamayıblar ki. Ona görə də belə hadisələrə aqressiv yanaşılmanın tərəfdarı deyiləm”.

“Kitabınızın oğurlanmasını istəyərdinizmi?” sualına isə Kəramət Böyükçöl belə cavab verib:

“Mən bilmirəm ki, hələ o səviyyəyə çatacaq yazar olacam, olmayacam, ki mənim kitablarımı kimsə oğurlamaq istəsin. Ancaq arzulayaram ki, kitablarımı oğurlasınlar”.

Aqil Bəkir

www.yenicag.az

1005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv