!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəramət Böyükçöl dispanserə yerləşdirildi: "3-4 gün idi ki, acqarına içirdi" - Atasından AÇIQLAMA/FOTO

!Reklam – Yazi

“Kəramətin dispanserə yerləşdirilməsi siyasi məsələlərə bağlı deyil”.

Bu sözləri yazar Kəramət Böyükçölün Maştağadakı Respublika Narkoloji Dispanserinə yerləşdirilməsi ilə bağlı məlumata münasibət bildirən yazarın atası, şair Qəşəm Nəcəfzadə Yenicag.az-a açıqlamasında deyib.

Şair bildirib ki, yayılan məlumat həqiqəti əks etdirir:

“Kəramət Böyükçöl alkoqolizmlə bağlı Narkoloji Dispanserə yerləşdirilib. Kəramətin narkotik maddə qəbul etməsi ilə bağlı xəbərlər yayılır. Bu, reallığı əks etdirmir. Kəramət ancaq spirtli içki içirdi. Narkoloji Dispanserdə xroniki alkoqolizmə qarşı da mübarizə aparılır. Kəramət öz istəyi ilə dispanserə müraciət edib. Onun dispanserə yerləşdirilməsində heç bir siyasi motiv yoxdur. Əgər bu məlumat doğru olsaydı, onu həbsxanaya yerləşdirərdilər. Kəramətin dispanserə yerləşdirilməsinin iqtidarı tənqid etməsi ilə əlaqəsi yoxdur. Övlad mənimdir, tanıyıram. Sadəcə Kəramət 3-4 gündür ki, acqarına içirdi. Bu gün səhər vəziyyəti pisləşdi. Qərara gəldik ki, dispanserdə müalicə olunsun. Günortadan dispanserə yerləşdirilib. Dispanserdə nə qədər qalacağı dəqiq məlum deyil. Müalicənin müddətindən asılı olacaq. Telefonu bağlı olduğuna görə bu gün onunla əlaqə saxlaya bilməmişəm. Sabah onunla əlaqə yaradıb, müalicəsi ilə bağlı gedişatı öyrənəcəm”.

Gülşən Şərif

www.yenicag.az

1218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv