Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kəramət Böyükçölün keçmiş həyat yoldaşından ŞOK AÇIQLAMALAR: “O mesaja görə məni..”

“Hazırkı gərgin və sıxıntılı psixi vəziyyətimdən sonra həyatıma qəsd etsəm, buna cəhd etsəm, məsuliyyəti birbaşa Kəramət özü daşıyır”.

Yenicag.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçölün ailəsinin dağılmasında feministləri və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanı ittiham etməsinə münasibət bildirən yazıçının keçmiş həyat yoldaşı Çinarə Soltanova deyib.

Çinarə Soltanovanın sözlərinə görə, o, Kəramət Böyükçöldən öz istəyi ilə ayrılıb. Buna səbəb isə Kəramət Böyükçöl tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalması olub:

Onun yaşayış tərzi həm öz ailəsinə, həm də mənə ziyan verirdi. Mənim fiziki və mənəvi zorakılıq gördüyüm bir adamla evli qalmaq məcburiyyətim yoxdur. Əgər bunu yalanlayırsa, bir vaxtlar paylaşılan sübutlara diqqət etmək kifayətdir. Üstəgəl, onun mənə qarşı etdiyi zorakılıq faktlarını atası, ailəsi də təsdiq edə bilər. Onlar dəfələrlə buna müdaxilə edib. Sırf atası məni onun əlindən alıb.

Bütün bunları yadıma salmaq, danışmaq mənim üçün çox ağırdır. Danışmadığım və heç vaxt danışmayacağım o qədər şey var ki… Bunu istəmirəm. Mən sadəcə Kəramətdən xilas olmaq istəmişəm, xilas olmaq istəyirəm”.

Çinarə Sultanova bildirib ki, Kəramətlə illər əvvəl ayrılmaqlarına baxmayaraq, hələ də onu narahat edir:

“Buna mənim yaşadığım ərazidəki qonşular, yaxınlarım şahiddir. Barışmaq təkliflərini geri çevirdiyim üçün məni təhqir etməsini, evimə içkili halda gəlib narahat etməsini qonşularım təsdiq edə bilərlər. Gələk, feministlər barədəki ittihamlarına. Mən şəxsi iradəmlə ayrılmışam. Ailəm bu işdə mənə dəstək deyildi. Mənsə Kəramətdən xilas olmağın yollarını axtarırdım. Çünki həyati təhlükəm vardı. O hər dəfə içkili halda evə gələndə evdəki kəsici alətləri gizlədib, özləri də öz otağına çəkilib gizlənən ailəsi də bunu təsdiq edə bilər. Onlar hətta mənim anama müraciət etmişdilər ki, gəl qızını apar. Ailəm məni ondan xilas etmirdi.

Feministlər deyib söydüyü şəxslər məni bu təhlükələrdən xilas edib. Və onların borcu deyildi ki, ömür boyu mənim maddi məsələlərimi həll etsinlər.
Kəramət, günahı başqalarının üzərinə yıxıb, qurban obrazına bürünüb, insanlara özünü müzakirə etdirməyin, yazıq kimi göstərməyin kimlərəsə inandırıcı gələ bilər. Mənə yox… Mən sənin bütün absurd cümlələrinə cavab vermək iqtidarındayam. İndiyə kimi susmuşamsa, rahat olmaq, bu məsələləri yadımdan çıxarmaq istəmişəm deyədir.

Əgər bir daha mənim haqqımda, içində adımın çəkildiyi bir postla qarşılaşsam, şəxsiyyətimi alçaldan yazı görsəm, həmin postları hüquq mühafizə orqanlarına təqdim edəcəm və lazımi tədbirlər görüləcək. Nəinki Kəramət haqqında, adımı çəkərək münasibət və rəy bildirən istənilən şəxs haqqında…

Bu məsələlərə bir son ver və get, həyatını yaşa. Biz onsuz da ayrılmalı idik. Mən sənin kimi birinə dözmək məcburiyyətində deyildim. “Facebook”da günahsız kişi imicinə girib insanlardan “point” toplamaq istəməyinin qarşısını mən yalnız məhkəmə yolu ilə alacam”.

Çinarə Soltanova qeyd edib ki, bu məsələlərə bir son olmasa, bütün hüquqi tədbirlərdən istifadə edəcək:

“Yaxşı olar ki, adımı heç kim, heç bir vəchlə və qəti şəkildə hallandırmasın. Kəramətin dərdi sadəcə mənim həyatıma mane olmağa çalışmaqdan ibarətdir. Bir ondan soruşun, birinci həyat yoldaşını da feministlər boşadıb? Yoxsa, o qadın onsuz da vəkil idi və Kəramətə bir ay belə dözmək istəmədi, fiziki və mənəvi zorakılığa görə ayrıldı. Ailəsi isə dəstək oldu. Mənim məsələmin bu qədər uzanmasının və qabardılmasının səbəbi də ailəmin yanımda olmaması idi. Hətta qardaşıma “məni gəl bu evdən apar” yazmışam deyə, o mesaja görə məni təpiyinin altına salmağını nə tez unutdun, ay sivil və dünya səviyyəli yazıçı?

Dediyim kimi, bu söhbət elə burdaca bağlanmalıdır. Əks halda, bütün hüquqi tədbirləri görəcəm.

Və bu məsələlər mənim şəxsimə, psixologiyama zərər verdiyi üçün bütün sosial hesablarımı silmək zorundayam. Əgər belə etməsəm, sağalmağa çalışdığım ruh halımı bir daha bərpa edə bilməyəcəm. Bütün məsuliyyəti isə Kəramət özü daşıyır”.

Loading...

www.yenicag.az

20740
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100