Kərbəlada türbə çökdü: Çoxlu sayda ölü və yaralı var

İraqın Kərbəla şəhərindəki İmam Əli türbəsinin tavanı çöküb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, insanların ziyarəti sırasında türbənin tavanı çöküb.

Hadisə nəticəsində 4 nəfər həlak olub, yaralıların dəqiq sayı isə bəlli deyil.

Ölənlərin sayının artacağı istinsna edilmir. Axtarış-xilasetmə işləri davam etdirilir.