Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilib.
Yenicag.az-ın verdiyi xəbərə görə, bununla da ƏMDK rəhbəri Kərəm Həsənov komitə sədri kimi vəzifəsini itirib. O, 2009-cu ildən bu vəzifəni icra edirdi.
Onun İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək bu alt-qurumda işləyib-işləməyəcəyi bəlli deyil.