Kərəm Həsənov Hacıqabulda vətəndaşlarla görüşdü

images (2)Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 29 yanvar 2016-cı il tarixində Hacıqabul rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Qəbulda Hacıqabul, Şirvan, Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi:
(02120) 4-29-19, (02121) 5-52-45