Azərbaycanın Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər də iştirak edib.