Kərəm Mustafayev vəzifəsindən azad edildi: Əlahiddə Ümumqoşun Ordusuna yeni komandan təyin edildi – YENİLƏNDİ

Veteninfo-nun məlumatına görə, müvafiq əmirlə Vətən Müharibəsi Qəhrəmanı general mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun komandanı vəzifəsinə təyin edilib.

***20:46

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsindən azad edilib.

Yenicag.az-ın Manset.az-a istinadən məlumatına görə, müvafiq sərəncamla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Digər sərəncamla, Vətən Müharibəsi Qəhrəmanı, general Kənan Seyidov həmin vəzifəyə təyin edilib.

Kərəm Mustafayev məlumatı təsdiq edib.