Müğənni Kərim şəxsi həyatı ilə bağlı bostanını daşlayan şou əhlini topa tutub.
Yenicag.az xəbər verir ki, müğənni ARB-nin “Səhər-səhər” verilişində əsəbiləşib:
“Bostanıma daş atanın başına “kubik” ataram. Mənim barəmdə danışanın şərəfi, ləyaqəti olsa, yenə susardım. Amma bir məsələ də var ki, şərəfi, ləyaqəti olan adam çıxıb efirdə arxamca elə sözlər danışmaz. Kimsə çıxıb efirdə hansısa şərəfsiz aparıcı ilə məni vurur. Bu, heç bir çərçivəyə sığmır. Bir var, sənin öz səhvin üzündən nəsə baş verir. Bir də var bu səhv deyil, Allahın qismətidir. Məni vuranları Allah yerə vurub. Mən isə əksinə, qalxmışam. Əgər məni Allah qaldırırsa, demək ki, yaxşı insanam”.
Nehru