Kərim Vəliyev İtaliyaya getdi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri başlayıb.

MN-dən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək və müdafiə sənayesi şirkətini ziyarət edəcək.

COP29