Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.
Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə “Yugoimport SDPR” şirkətini ziyarət edib.
Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib. Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Daha sonra “Rastko Nemanyiç” hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub.
Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və texnika nümunələri təqdim edilib. General-polkovnik K.Vəliyev sonda döyüş hazırlığı üzrə icra edilən fəaliyyətləri izləyib.